×
A
A
A
Sazlamalar

Qəbələdə zəlzələ baş verib

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, sentyabrın 3-də yerli vaxtla saat 00:25-də Qəbələ ərazisində 3,2 bal gücündə zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələ hiss olunmayıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə olub.

Ekologiya 2019-09-03 02:08:00