×
A
A
A
Sazlamalar

Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Bakı, 2 sentyabr, Elvin Camalov, AZƏRTAC

Sentyabrın 2-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.
AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 17:00-da “FZ 733” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.
Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 17:55-də Bakıdan Dubay istiqamətində “FZ 734” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.
Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

 

Nəqliyyat 2019-09-02 13:50:00