×
A
A
A
Sazlamalar

Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı sentyabrın 21-də yeni mövsümü “Qarabağnamə” ilə açdıqdan sona repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək.
Belə ki, sentyabrın 22-də “Cəhənnəm sakinləri”, 26-da “12-ci gecə və ya hər nə istəsəniz”, 27-də isə “Bir iki, bizimki” tamaşaları nümayiş olunacaq. Bundan başqa, sentyabrın 28-də “Manqurt”, 29-da isə “Şah Qacar” tamaşaları təqdim olunacaq.

Teatr və kino 2019-09-02 11:37:00