Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kukla Teatrı rusdilli tamaşaçıları üçün altı səhnə əsəri hazırlayıb

Bakı, 2 sentyabr, AZƏRTAC

Bu ay A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rusdilli tamaşaçıları üçün altı səhnə əsəri hazırlayıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının səhnəsində sentyabrın 15-də “Üç cəsur”, 20-də “Qoğal, 21-də isə “Maşa və Ayı” təqdim olunacaq. Bundan başqa, sentyabrın 22-də “Çipollino”, 27-də “Qoğal”, 29-da isə “Dura balığı” tamaşaları teatrsevərlərin ixtiyarına veriləcək.
Tamaşaçılar biletləri şəhərin bütün kasalarından əldə edə bilərlər.

Teatr və kino 2019-09-02 10:54:00