×
A
A
A
Sazlamalar

Avqustun 31-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava proqnozu açıqlanıb

Bakı, 31 avqust, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, avqustun 31-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub, şimşək çaxıb, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Astarada 58, Yardımlı, Kürdəmirdə 10, Lerikdə 9, Ağdamda 8, Göygöldə 7, Oğuz, Daşkəsəndə 6, Qəbələ, Tərtər, Gədəbəydə 5, Sarıbaş (Qax), Kişçayda (Şəki) 4, Balakən, Zaqatala, Qırız, Naftalan, Şəmkir, Zərdab, Biləsuvarda 3, Xınalıq, Altıağac, Xaltan, Tovuz, Beyləqan, Ağdərədə (Ordubad) 2, Şəki, İsmayıllı, Mərəzə, Quba, Ceyrançöl, Gəncə, Sədərək, Şahbuzda 1, Neftçalada 0.8, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Sabirabad, Salyan, Qazıməmməddə 0.4-0.7, Şabran, Qusar, Xaçmazda 0.0-0.7, Şərur, Naxçıvanda 0.0-0.3 millimetrə bərabər olub. Sumqayıt və Bakıda qısamüddətli yağış yağıb.
Sentyabrın 1-i səhərədək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Sentyabrın 1-də gündüz yağıntıda fasilə proqnozlaşdırılır. Sentyabrın 2-dən 4-ü gündüzədək yenidən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli sel olacağı istisna edilmir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Ekologiya 2019-08-31 17:58:00