×
A
A
A
Sazlamalar

Aral dənizi hövzəsi üçün BMT-nin Xüsusi proqramı barədə məruzə təqdim olunub

Bakı, 31 avqust, AZƏRTAC 

BMT-nin Asiya və Sakit okean üzrə iqtisadi və sosial komissiyasının (UNESCAP) mənzil-qərargahında fəlakət təhlükəsinin azaldılması üzrə Komitənin 6-cı sessiyasında, “Ətraf mühit və fəlakət: Asiya-Sakit okean regionunda nöqsanların aradan qaldırılması” adlı paralel tədbir çərçivəsində Aral dənizi hövzəsi üçün BMT-nin Xüsusi proqramının (UN SPAS) təqdimatı keçirilib.
AZƏRTAC Türkmənistan XİN-in saytına istinadla xəbər verir ki, tədbirdə BMT-yə üzv ölkələrin nümayəndə heyətlərinin rəsmi təmsilçiləri, BMT-nin Banqkokda yerləşən struktur bölmələrinin ekspertləri, ictimai təşkilatların və elmi birliklərin nümayəndələri iştirak ediblər.
Məruzədə Aralın Xilası Beynəlxalq Fonduna sədrlik edən ölkə kimi Türkmənistanın rolu və Aral dənizi hövzəsi üçün BMT-nin Xüsusi proqramının (UN SPAS) gələcək formatının müəyyənləşdirilməsi üzrə qarşıdakı çoxtərəfli məsləhətləşmələrin vacibliyi vurğulanıb.
Çıxışları müşayiət edən videotəqdimatlar “BMT-Aralın Xilası Beynəlxalq Fondu” formatında çoxtərəfli məsləhətləşmələrin hazırlıqları üzrə Türkmənistanın atdığı addımlar və Aral dənizi hövzəsi üçün BMT-nin Xüsusi proqramının pilot layihəsinin buraxılması barədə əyani təsəvvür yaratmağa imkan verib.
Günün ikinci yarısında Banqkokda, BMT-nin konfrans mərkəzində fəlakət təhlükəsinin azaldılması üzrə Komitənin 6-cı sessiyasının iclasında Aral dənizi hövzəsi üçün BMT-nin Xüsusi proqramı barədə məruzə təqdim olunub.

Ekologiya 2019-08-31 16:37:00