×
A
A
A
Sazlamalar

Oğuzlu fermerlər 560 ton yaşıl tütün təhvil veriblər

Oğuz, 31 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Fermerlər mövsümün əvvəlindən indiyədək sahələrdən 560 ton yaşıl tütün kütləsi dərərək, rayonda fəaliyyət göstərən emal məntəqələrinə təhvil veriblər. Emal məntəqələrində tədarük olunan yaşıl kütlədən bu günədək 50 tondan çox quru tütün istehsal edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu il rayonun təsərrüfatlarında 110 hektar sahədə tütün əkilib. Fermerlər 90 hektarda “Virciniya botaniki” növlü, 20 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 tütünqurutma kamerasından ibarət emal məntəqələri fəaliyyət göstərir. Tələbatı nəzərə alaraq, bu kəndlərdə əlavə 12 tütünqurutma kamerası quraşdırılır.

Kənd təsərrüfatı 2019-08-31 15:40:00