Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Slovakiya Respublikasının Prezidenti Zati-aliləri xanım Zuzana Çaputovaya

Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

 



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2019-cu il.

Məktublar 2019-08-31 15:09:00