×
A
A
A
Sazlamalar

Vergi islahatları büdcə kəsirini azaltmağa imkan verəcək

Bakı, 30 avqust, AZƏRTAC 

Azərbaycanda dövlət idarəçiliyi sahəsində səmərəliliyin artması neftin qiymətinin ucuzlaşması nəticəsində sürətlə ağırlaşan ticarət şərtləri fonunda baş verib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Moody`s Investors Service” reytinq agentliyinin MDB-də islahatlar və onların nəticələrinə dair hesabatında qeyd edilib.
Diqqətə çatdırılıb ki, dünyada enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması nəticəsində Azərbaycan milli valyutanın dollara bağlılığını ləğv edib, bu da xarici şokları bir qədər yumşaltmağa imkan verib: “Hazırda Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin köməyi ilə inflyasiya hədəflənməsi prosesini həyata keçirir, eyni mexanizmdən istifadə edən Qazaxıstan isə inflyasiyanın daha sürətlə azalmasına nail olur”.
“Moody`s”in analitikləri vurğulayıblar ki, 2015-2016-cı illərdə Azərbaycan manatının devalvasiyası ölkəni yüksək dollarlaşmış bank sistemində artan təzyiqlə üz-üzə qoyub: “Bu təzyiq bank sektorunda islahatlara, yeni makroprudensial tədbirlərin və qanunverici təşəbbüslərin həyata keçirilməsinə səbəb olub. Neft gəlirlərinin sabitliyini nəzərə alaraq hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün səylərini bərpa edib. Biz gözləyirik ki, bu yaxınlarda Azərbaycanda tətbiq edilən vergi islahatları büdcə kəsirini azaltmağa imkan verəcək”.

Maliyyə 2019-08-31 10:57:00