×
A
A
A
Sazlamalar

“Salyan Oil LTD” şirkəti Şirvan Milli Parkına müasir nəqliyyat vasitəsi təqdim edib

Bakı, 30 avqust, AZƏRTAC

Şirvan Milli Parkının ərazisində fəaliyyət göstərən neft hasilatçısı “Salyan Oil LTD” şirkəti turistlərin gəzdirilməsi üçün milli parka iki safari tipli nəqliyyat vasitəsi təqdim edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimetmə tədbirində nazirliyin məsul şəxsləri və “Salyan Oil LTD”nin rəhbərliyi iştirak edib.
Qeyd edək ki, safari tipli müasir nəqliyyat vasitələri parkda infrastrukturun yaxşılaşdırılmasına və ekoturizm fəaliyyətinin inkişafına töhfədir.

Ekologiya 2019-08-30 19:15:00