×
A
A
A
Sazlamalar

Biləsuvarda icazəsiz ov edən şəxs saxlanılıb

Bakı, 30 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxsi saxlayıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saxlanılan şəxsdən 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb. Araşdırma zamanı brakonyerin Neftçala rayonunun Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu müəyyənləşib.
Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimələnib.

Ekologiya 2019-08-30 10:31:00