×
A
A
A
Sazlamalar

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Bakı, 30 avqust, AZƏRTAC
Ağsu rayonunun Kəlağayılı kəndi yaxınlığında avqustun 29-da baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı yüksək gərginlikli elektrik xətləri yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğının qarşısının alınması üçün əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helikopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.

Hadisə 2019-08-30 01:41:00