×
A
A
A
Sazlamalar

Xaçmazda biçilmiş taxıl sahəsində yanğın baş verib

Bakı, 29 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

Hadisə 2019-08-29 18:32:00