×
A
A
A
Sazlamalar

Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb VİDEO

Bakı, 29 avqust, AZƏRTAC 

Gənc kursantların hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışları başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədris prosesinin təqvim qrafiki əsasında səhra şəraitində keçirilən məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.
Çalışmaların yekununda kursantların hazırlığı əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.

Ordu 2019-08-29 18:05:00

Video