×
A
A
A
Sazlamalar

Binəqədi rayon ərazisindəki lombardların birindən pul oğurlanıb

Bakı, 29 avqust, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları oğurluq və quldurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayon ərazisindəki lombardların birindən 200 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş S.Pənahov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Bakı şəhər sakini E.Quliyevi bıçaqla hədələyib quldurluq yolu ilə pulunu almaqda şübhəli bilinən Cəlilabad rayon sakini V.Şahmarov və Gəncə şəhər sakini N.Abbasov isə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaxalanıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-08-29 17:00:00