×
A
A
A
Sazlamalar

Pedro Almodovara ədalətli olaraq “Qızıl Şir” mükafatı təqdim olunub

Bakı, 29 avqust, AZƏRTAC

1988-ci ildə məşhur İspaniya rejissoru Pedro Almodovar “Sinir böhranı astanasında olan qadınlar” (Mujeres al borde de un ataque de nervios) filminə görə “Venesiya” kinofestivalından əliboş qayıtsa da bu dəfə “Qızıl Şir” mükafatını qazana bilib.
AZƏRTAC lavanguardia.com saytına istinadən xəbər verir ki, rejissorun əldə etdiyi bu mükafat “yaralı bir şirdir”. Çünki karyerası boyu “Qızıl Şir”i qazana bilmədiyinə görə, bu onu heç də sevindirməyib.
Ancaq bəlkə də yaşlı Almodovarın qəlbində əvvəllər “Kann” və “Venesiya” kimi festivallarda heç bir nominasiya qazana bilmədiyinə görə “melanxolik bir qəzəb” də vardır.

Teatr və kino 2019-08-29 16:46:00