Ağsuda dağlıq ərazidə yanğının söndürülməsinə iki helikopter və təyyarə cəlb olunub
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunun Kalağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının qarşısının alınması üçün əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helikopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub. Əlavə məlumat veriləcək.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO