×
A
A
A
Sazlamalar

Xətai rayonunda evlərdən, kafedən pul və mobil telefonlar oğurlayanlar yaxalanıblar

Bakı, 29 avqust, AZƏRTAC 

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən avqustun 24-nə keçən gecə rayon ərazisindəki kafelərin birindən qapını sındırmaqla pul və iki ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş M.Bayramovun ətrafında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onun rayonda daha bir evdən mobil telefon, avtomobildən 230 manat pul, digər evdən isə qol saatı oğurlaması müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam edir.

Hadisə 2019-08-29 15:07:00