×
A
A
A
Sazlamalar

Oğuz-Qəbələ rayonlarında dağlıq ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb

Bakı, 29 avqust, AZƏRTAC 

Son günlər ərzində Oğuz-Qəbələ rayonları istiqamətində mürəkkəb relyefli dağlıq zonada ümumilikdə 500 hektar sahədə meşə, meşəətrafı kol-kos, örüş sahələri və bələdiyyə fonduna aid ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğınların söndürülməsində nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və kənd bələdiyyələrinin nümayəndələri də iştirak edib.

Hadisə 2019-08-29 14:19:00