×
A
A
A
Sazlamalar

“Eternity-2019” təlimində iştirak edəcək Türkiyə və Gürcüstan hərbi qulluqçuları Bakıya gəliblər

Bakı, 29 avqust, AZƏRTAC 

Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət bayraqları qaldırılıb və hər üç ölkənin dövlət himnləri səsləndirilib.
Sentyabrın 6-dək davam edəcək təlim Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək. Təlimə hazırlıq dövründə qonaqlar üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.

Ordu 2019-08-29 13:37:00