×
A
A
A
Sazlamalar

Ucar pambıqçıları məhsul yığımına başlayıblar

Ucar, 29 avqust, AZƏRTAC 

Ucar rayonunda pambıq yığımı kampaniyasına start verilib. Torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulu tez və itkisiz yığmaq üçün bütün qüvvələri səfərbər ediblər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 500 hektarda pambıq yetişdirilib. Daha 10 hektarda Çin texnologiyası ilə əkin aparılıb. Rayon üçün ənənəvi təsərrüfat sahəsi hesab edilən “ağ qızıl” cari mövsümdə 5 ərazidə - Təzə Şilyan, Şahlıq, Lək, Xələc və Qaziyan ərazi dairələrində yetişdirilib.
Yığım kampaniyasına ilkin olaraq Lək və Xələc pambıqçıları başlayıblar. Rayonda yetişdirilən məhsulun 80 faizinin maşınla, qalanının isə əl ilə yığılması nəzərdə tutulub. Artıq 2 ədəd kombayn hazır vəziyyətinə gətirilib.
Qeyd edək ki, mütəxəssislər cari mövsümdə bol məhsulun yetişdirildiyini söyləyir, hər hektardan azı 25 sentner “ağ qızıl” yığılacağını proqnozlaşdırırlar.

Kənd təsərrüfatı 2019-08-29 12:37:00