×
A
A
A
Sazlamalar

Azərbaycanın hərbi orkestri “Spasskaya başnya” beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirir

Bakı, 28 avqust, AZƏRTAC 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı Moskvada keçirilən XII beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, festivalın növbəti günü hərbçilərimiz çıxışlarına əvvəlcə milli hərbi marşlarla başlayaraq Azərbaycan xalq musiqi nümunələrini də izləyicilərə nümayiş etdiriblər.
Xalq çalğı alətlərimiz - zurna və balabanın sədaları altında, milli geyimlərdə rəqsləri ifa edən hərbçilərimiz yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar.
On iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasın qatıldığı festival sentyabrın 1-dək davam edəcək.

Ordu 2019-08-28 19:38:00