×
A
A
A
Sazlamalar

Masallıda evdən qızıl-zinət əşyaları oğurlanıb

Bakı, 28 avqust, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Masallı rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Həmidov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə rayon ərazisindəki evlərin birindən 300 manat pul, 2 mobil telefon və gümüş boyunbağı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov yaxalanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-08-28 19:19:00