×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda keçirilən səmti müəyyənetmə yarışlarının ilk mərhələsi başa çatıb

Bakı, 28 avqust, AZƏRTAC 

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışlarının ilk mərhələsi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşun növləri və xidmət sahələrindən yarışlara qatılan hərbi qulluqçular ilkin mərhələdə ərazidə uzun məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəfləri müəyyənləşdiriblər.
Yarışın şərtlərinə əsasən kişi hərbi qulluqçular 9,3 kilometr məsafədə 16 nöqtəni, qadın hərbi qulluqçular isə 6,8 kilometr məsafədə 15 nöqtəni aşkar ediblər.

Ordu 2019-08-28 19:15:00