Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bu küçədə axşam saatlarından rənglənmə işləri aparılacaq

Bakı, 28 avqust, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə avqustun 28-i axşam saat 22:00-dan səhər saatlarınadək paytaxtın Binəqədi rayonunun Cavad xan küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Sürücülərdən sözügedən küçədə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Tikinti̇ 2019-08-28 17:50:00