×
A
A
A
Sazlamalar

Venesiyada keçiriləcək kinofestivalda dünyanın ən məşhur ulduzları iştirak edəcək

Bakı, 28 avqust, AZƏRTAC

Yaponiyalı rejissor Xirokadzu Koreeda 76-cı Venesiya kinofestivalının açılış mərasimində “Həqiqət” (The Truth) adlı filmini təqdim edəcək.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, sözügedən ekran əsəri yaponiyalı rejissorun ilk işidir.
Gözlənildiyi kimi qırmızı xalça üzərindən fransalı aktrisalar Katrin Denev və Julyet Binoş keçəcəklər. Bu dəfə qonaqlar sırasında Bred Pitt, Conni Dep, üçqat “Oskar” mükafatçısı Meril Strip kimi dünyanın ən məşhur ulduzları da olacaq. Əfsanəvi “Rolling Stones” qrupunun vokalçısı Mik Cagerin də gəlişi gözlənilir.
Festivalda 21 ekran əsəri nümayiş olunacaq. Kinolentlərin çoxusu sənədli filmlərdir. Onlar arasında ukraynalı rejissor Sergey Loznitsanın işi də vardır. Onun çəkdiyi sənədli film Stalinin ölümündən üç gün sonra baş verən hadisələrdən bəhs edir.

Teatr və kino 2019-08-28 16:54:00