×
A
A
A
Sazlamalar

Opera və Balet Teatrında mövsümün ilk səhnə əsəri - “Koroğlu”

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 19-da Üzeyir Hacıbəylinin “Koroğlu” üçpərdəli operası ilə açıq elan edəcək.
AZƏRTAC xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun “Nəsimi” baleti bu mövsüm də repertuara daxil edilib. Səhnə əsəri sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. “Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.

Teatr və kino 2019-08-28 15:21:00