Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Bakı, 28 avqust, AZƏRTAC
Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Bərdə şəhər sakini Musa Mehdiyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 23 çətənə bitkisi və 7 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Axtarış zamanı, həmçinin 16 kalibrli tüfəng, Kalaşnikov avtomatının iki sandıqçası və müxtəlif növ 58 patron götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO