×
A
A
A
Sazlamalar

Göyçay sakininin evindən çətənə kolları və külli miqdarda marixuana aşkarlanıb

Bakı, 28 avqust, AZƏRTAC 

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onların kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 48 yaşlı Sahil Abdullayev saxlanılıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə və həyətyanı sahəsinə də baxış keçirilib. Oradan ümumi çəkisi 80 kiloqramdan çox, xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 24 çətənə bitkisi və 1 kiloqram 50 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-08-28 13:15:00