×
A
A
A
Sazlamalar

FHN: Oğuzda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın məhdudlaşdırılıb

Bakı, 28 avqust, AZƏRTAC 

Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğının tam söndürülməsi (tüstülənmə ocaqlarının söndürülməsi) istiqamətində təxirəsalınmaz işlər aparılır. Əlavə məlumat veriləcək.

Hadisə 2019-08-28 13:09:00