×
A
A
A
Sazlamalar

Sürücüyə qarşı quldurluq hadisəsi törətmiş iki nəfər saxlanılıb

Bakı, 28 avqust, AZƏRTAC 

Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edərək həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində “KİA” markalı avtomobilinə sərnişin qismində oturmuş iki nəfərin onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu aldıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2019-08-28 12:52:00