×
A
A
A
Sazlamalar

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, avqustun 23-də AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 23-dən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 938.70 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 938.70 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 938.70 AZN olması nəzərə alınmalıdır.

Maliyyə 2019-08-28 12:10:00