×
A
A
A
Sazlamalar

Xəzər dənizində zəlzələ baş verib

Bakı, 28 avqust, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, avqustun 27-də yerli vaxtla saat 22:35-də Xəzər dənizində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.

Hadisə 2019-08-28 03:28:00