×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 27 avqust, AZƏRTAC

Avqustun 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106016758 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 95.0044 AZN (11 faiz) və 101.83 AZN (8.29 faiz) olan 18 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.1166 AZN (8.57 faiz), orta ölçülmüş qiyməti 101.2211 AZN (8.53 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 milyon 091 min AZN, yerləşdirilmiş həcmi isə 20 milyon AZN təşkil edib.
İstiqrazlar 2022-ci il avqustun 23-də ödəniləcək.

Maliyyə 2019-08-27 19:48:00