×
A
A
A
Sazlamalar

Qaxda meşə zolağında baş verən yanğın söndürülüb

Bakı, 27 avqust, AZƏRTAC
Qax rayonunun Suskənd kəndi yaxınlığında meşə zolağında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitəsilə alınıb.
Yanğın nəticəsində meşə zolağında 0,5 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə 2019-08-27 19:31:00