×
A
A
A
Sazlamalar

Polis əməkdaşları Bərdədə baş verən yanğının qarşısının alınmasında fəal iştirak ediblər

Bakı, 27 avqust, AZƏRTAC 

Bərdə rayonunun Cumalar kəndindəki meşəlik ərazidə ötən gün qeydə alınan yanğının söndürülməsində polis əməkdaşları da yüksək fəallıq göstəriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, yanğının söndürülməsinə Bərdə Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb olunublar. Yanğının qarşısının alınmasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər. Cumalar kəndi ərazisindəki yanğın qısa müddətdə söndürülüb. Yanğının digər sahələrə keçməsinin qarşısı vaxtında alınıb və başvermə səbəbləri araşdırılıb.

Hadisə 2019-08-27 18:27:00