×
A
A
A
Sazlamalar

Ağdamda bir neçə evdən oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 27 avqust, AZƏRTAC 

Bir qrup Ağdam rayon sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus evlərdən oğurluq edildiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Rəhman Səfərov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla R.Səfərovun tanışı Ağdam rayon sakini Seymur Mehdiyevlə qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən 3 evdən 4110 manat və 100 funt sterlinq pul, 300 manat dəyərində mobil telefon, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı və üzük oğurladıqları müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-08-27 18:18:00