×
A
A
A
Sazlamalar

Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Lənkəranda sitrus bağlarına baxış keçirib

Bakı, 27 avqust, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin Lənkəran rayon Bitki Mühafizə Mərkəzinin və Regional Aqrokimya Laboratoriyasının mütəxəssisləri Lənkəranda bir neçə təsərrüfatda fermerlərlə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərə göstərilən xidmətlər, xəstəlik və zərərvericilərlə mübarizədə yeni pestisidlərdən istifadə, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları barədə ətraflı məlumatlar verilib.
Həmçinin iştirakçılar tərəfindən sitrus bağlarına baxış keçirilib, zərərverici və xəstəliklərlə sirayətlənmə ilə bağlı müşahidələr aparılıb, zərərverici və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması ilə bağlı fermerlərə məsləhət və tövsiyələr verilib. Eyni zamanda, payızlıq taxıl əkini üçün sahələrdən, eləcə də sitrus bağlarından aqrokimyəvi analizlər aparmaq ücün torpaq nümunələri götürülərək Regional aqrokimya laboratoriyasına təqdim edilib.
Sonda fermerlərlə geniş müzakirələr aparılıb, onları maraqlandırılan suallar ətraflı cavablandırılıb.

Kənd təsərrüfatı 2019-08-27 17:32:00