×
A
A
A
Sazlamalar

FHN Nərimanov rayonunda boya sexində baş verən yanğınla bağlı məlumat yayıb

Bakı, 27 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonunda boya sexində baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 1200 kvadratmetr olan birmərtəbəli boya emalı sexinin 200 kvadratmetr sahəsi və 4 dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

Hadisə 2019-08-27 16:18:00