×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb

Bakı, 27 avqust, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn bu ölkənin vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd 1 litrlik və 6 ədəd 0,5 litrlik “Nemiroff” markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-08-27 15:42:00