×
A
A
A
Sazlamalar

Ağstafada silah-sursat tapılıb

Bakı, 27 avqust, AZƏRTAC 

Avqustun 26-da Ağstafa rayon sakini Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətinə zəng edərək rayonun Poylu qəsəbəsi ərazisində silah-sursat aşkarladığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) çevik əməliyyat qrupu dərhal hadisə yerinə gələrək baxış keçirib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən “TOZ -8” markalı tüfəng, “TİR” tapançası, 1887 patron və 4 ədəd avtomat darağı (boş), 2 ədəd “F-1” əl qumbarası və 3 partlayıcı aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının tapıldığı yerdə əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-08-27 15:43:00