×
A
A
A
Sazlamalar

Xətai rayonunda ofisdən oğurluq edən şəxs cinayət məsuliyyətinə cəlb olunub

Bakı, 27 avqust, AZƏRTAC 

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə avqustun 25-də Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.

 

Hadisə 2019-08-27 12:59:00