×
A
A
A
Sazlamalar

FHN: Qəbələ, İsmayıllı, Qusar, Bərdə və Ağsu rayonlarında yanğınlar tam söndürülüb

Bakı, 27 avqust, AZƏRTAC 

Qəbələ, İsmayıllı, Qusar, Bərdə və Ağsu rayonlarının ərazilərində baş verən yanğınların qarşısı tam alınıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar bu qurumun müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Hadisə 2019-08-27 12:42:00