×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi yanğınla əlaqədar sürücülərə müraciət edib

Bakı, 27 avqust, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi Nərimanov rayonunda boya sexində baş verən yanğınla əlaqədar sürücülərə müraciət edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bir qədər əvvəl Nərimanov rayonu ərazisində boya sexində yanğın hadisəsi baş verib. Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələri xahiş olunur.

Nəqliyyat 2019-08-27 12:23:00