×
A
A
A
Sazlamalar

Sabirabad sakinindən külli miqdarda narkotik maddə götürülüb

Bakı, 27 avqust, AZƏRTAC 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Əsədli kənd sakini, 61 yaşlı Tarıverdi İmanov saxlanılıb.
Rayon polis şöbəsinin əməkdaşları ona məxsus həyətyanı sahəyə baxış keçiriblər və kultivasiya yolu ilə yetişdirilmiş 53 çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana aşkarlayaraq götürüblər.
Saxlanılan şəxs istintaqa təhvil verilib. Maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-08-27 12:21:00