×
A
A
A
Sazlamalar

Masallı rayon sakininin avtomobilini qaçıran şəxs saxlanılıb

Bakı, 27 avqust, AZƏRTAC 

Avqustun 25-də Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Mərkəzi Xidmətinə müraciət edən Masallı rayon sakini İ.Bağırov şəhər ərazisindən “VAZ-2109” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin avqustun 26-da saat 20:00 radələrində Ələt-Astara yolunun 35-ci kilometrliyində hərəkətdə olması aşkarlanıb.
Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Z.Fətullayev və üç sərnişin Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-08-27 11:29:00