×
A
A
A
Sazlamalar

Səbail rayon sakinindən “AKS-47” markalı avtomat silah və 20 patron götürülüb

Bakı, 27 avqust, AZƏRTAC 

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan paytaxt sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan “AKS-47” markalı avtomat silahı və 20 patron götürülüb.

Hadisə 2019-08-27 11:02:00