×
A
A
A
Sazlamalar

AMAL Yay Məktəbinin iştirakçısı: Layihədə iştirak etdiyimə görə çox şanslıyam

Oğuz, 27 avqust, Mustafa Dadaşov, AZƏRTAC

AMAL Akademiyası Yay Məktəbinə Qəbələ rayonundan qatılmışam. Sahibkarlığın inkişafına yönələn bu layihədə iştirak etdiyim üçün çox şanslıyam.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində Oğuz rayonunda təşkil edilən AMAL Akademiyası Yay Məktəbinin iştirakçısı Elmar Mabudlu deyib.
Ailəliklə arıçılıqla məşğul olduqlarını, hazırda təsərrüfatlarında 70-dək arı ailəsinin saxlanıldığını bildirən gənc fermer yay məktəbinə qatılmaqda əsas məqsədinin təlimlərdə iştirak edərək aqrar sahə ilə bağlı biliklərini daha da artırmaq, innovativ yenilikləri öyrənmək, gələcəkdə uğur qazanmağın yollarını tapmaq olduğunu diqqətə çatdırıb.

Kənd təsərrüfatı 2019-08-27 10:59:00