×
A
A
A
Sazlamalar

FHN: Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Bakı, 26 avqust, AZƏRTAC 

Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC -a bildiriblər ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən alınıb. Yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə 2019-08-26 22:25:00