×
A
A
A
Sazlamalar

Əlahiddə Ümumqoşun Orduda keçirilən yarışın qalibləri mükafatlandırılıb

Bakı, 26 avqust, AZƏRTAC 

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı istehkamçı” və “Ən yaxşı istehkamçı-kəşfiyyatçı” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxış keçirildikdən sonra hərbi qulluqçulara təhlükəsizlik qaydaları, yarışın məqsəd və mahiyyəti çatdırılıb.
Yarışda mühəndis-istehkam ixtisaslı əsgərlər piyada əleyhinə fuqas tipli və piyada əleyhinə idarəolunan tək minanın qurulması, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər. Sonra yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb.
Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Ordu 2019-08-26 19:04:00